AZ

İspaniya klubunun bazasında oğurluq

İspaniyanın “Rayo Valekano” klubunun son məşqi baş tutmayıb.

“Qafqazinfo” AS nəşrinə istinadən xəbər verir ki, buna səbəb klubun bazasında oğurluq hadisəsinin baş verməsidir.

Səhər saatlarında məşq bazasına gələn futbolçular butslar, əlcəklər və digər avadanlıqların yerində olmadığını görüblər. Buna görə də komanda bazanı tərk etmək məcburiyyətində qalıb.

Qeyd olunur ki, bu, “Rayo Valekano”da ilk belə hadisə deyil. Futbolçular bununla bağlı klubun prezidenti Raul Martin Presə müraciət edərək problemin həllində kömək istəyiblər.

Seçilən
0
2
qafqazinfo.az

3Mənbələr