AZ

Uçuş heyəti ilkin müraciət etməzdən əvvəl təlimlərə dair sənədlər təqdim etməlidir

Uçuş heyəti ilkin müraciət etməzdən əvvəl təlimlərə dair sənədlər təqdim etməlidir.

Heftelik.az-ın məlumatına görə, bu, “Aviasiya personalına şəhadətnamələrin, vəsiqələrin və ya sertifikatların verilməsi və digər dövlətdə verilmiş analoji sənədlərin tanınması Qaydaları”nda əksini tapıb.

Təlim təşkilatının tövsiyə məktubu Agentlik tərəfindən qəbul edilməlidir. Ərizəçi, nəzəri bilik imtahanına buraxılmadan əvvəl müvafiq təlimləri tamamlamalıdır. İmtahanlar, nəzəri biliklərin qiymətləndirilməsi məqsədini güdür. İmtahanların nəticəsi, yalnız Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Dövlət Mülki Aviasiya Agentliyi tərəfindən təsdiqlənən təşkilatlar tərəfindən hazırlanmalıdır. Nəzəri imtahanın sualları və cavabları ciddi şəkildə məxfi saxlanılmalıdır. İmtahan zallarında namizədlərin davranışına nəzarət edilir. Hər hansı qeyri-qanuni hərəkətlər imtahandan xaric olunmağa səbəb olar. Namizədlər imtahanın şəffaf və ədalətli keçirilməsini təmin etmək üçün təlimatlara riayət etməlidir.

Seçilən
0
heftelik.az

1Mənbələr