AZ

Bu gecə Bakıda meteor yağışı müşahidə ediləcək

Bu gecə Bakıda meteor yağışını müşahidə etmək mümkün olacaq.

Publika.az xəbər verir ki, Eta-Akuariid meteor yağışının Bakıdan ən yaxşı müşahidə vaxtı saat 02:15-05:00 arası olacaq.

Yağışın mənbəyi maksimumda Bakı üçün üfüqdən 29° hündürlükdə olacaq. İdeal şəraitdə gözlənilən meteor sayı saatda 40-a çatacaq. Bakıda isə bir saatda maksimum 19-20 meteor müşahidə edilə bilər.

Eta-Akuariid meteor yağışı 2025-ci ildə gözlənilən ən gözəl təbiət hadisələrindən biridir.

Qeyd edək ki, Eta-Akuariid meteor yağışı hər il Yerin Halley kometinin orbitində buraxdığı toz hissəciklərinin içindən keçməsi nəticəsində yaranır. Bu hissəciklər Yer atmosferinə daxil olduqda parlaq işıqlı izlər - "axan ulduzlar" əmələ gətirir.

Seçilən
0
13
publika.az

10Mənbələr