AZ

CAR-ın vitse-prezidenti: ABŞ-nin istəklərindən asılı olmayaraq, G20 sammitinə ev sahibliyi edəcəyik

Cənubi Afrika Respublikası (CAR) ABŞ-nin xoşuna gəlsə də, gəlməsə də, bu ilin payızında G20-nin uğurlu sammitinə ev sahibliyi edəcəyinə əmindir.

"Report"un SABC radiostansiyasına istinadən verdiyi xəbərə görə, bu mövqeyi ölkənin vitse-prezidenti Pol Maşatil ifadə edib.

"Biz bu il çox uğurlu G20 toplantısını gözləyirik, baxmayaraq ki, ABŞ iştirak edə bilməyəcəyini bildirib". “Biz (ABŞ-nin) xoşuna gəlsə də, istəməsə də, sammitin uğurlu olmasını təmin etmək üçün çalışırıq”, - o, bazar ertəsi Pretoriyada yerli biznes liderləri ilə görüşdə deyib.

Qeyd edək ki, Cənubi Afrika Respublikasının sədrliyi ilə noyabrın 22-də Yohannesburqda G20 sammiti başlayacaq. Burada həm G20-yə daxil olan dövlətlərinin liderlərinin, həm də bir sıra inkişaf etməkdə olan ölkələrin rəhbərlərinin iştirak edəcəyi gözlənilir. Aprel ayında ABŞ Prezidenti Donald Tramp Cənubi Afrika Respublikasında keçiriləcək G20 sammitində iştirak etməyəcəyini açıqlamışdı.

1 dekabr 2024-cü ildən G20-yə sədrlik CAR-a keçib. 30 noyabr 2025-ci ildə G20-yə sədrlik ABŞ-a keçəcək.

Seçilən
0
report.az

1Mənbələr