AZ

Moskvada təyyarə təcili eniş ETDİ

Bu gün Əbu-Dabidən Moskvaya uçan sərnişin təyyarəsi texniki nasazlıq səbəbindən “Şeremetyovo” hava limanında təcili eniş edib.

"Unikal" xəbər verir ki, bu barədə Ria Novosti məlumat yayıb.

Məlumata görə, Airbus A321 tipli hava gəmisində uçuş zamanı nadduv sistemində nasazlıq baş verib. Nasazlığa baxmayaraq, ekipaj peşəkar şəkildə vəziyyəti nəzarətə alaraq, təyyarəni uğurla yerə endirib.

Təhlükəsizlik xidmətləri bildirir ki, eniş tamamilə normal rejimdə həyata keçirilib. Hadisə nəticəsində nə sərnişinlərə, nə də ekipaja hər hansı zərər dəyməyib. Təyyarədə olan bütün sərnişinlər təhlükəsiz şəkildə təxliyə olunub.

Hazırda müvafiq qurumlar hadisənin səbəblərini araşdırır.

Seçilən
0
2
unikal.az

10Mənbələr