Ukraynanın Odessa bölgəsi Qara dənizdən hərəkət edən Rusiyanın kamikadze pilotsuz təyyarələrinin hücumuna məruz qalır.
Axar.az xəbər verir ki, bu barədə “Unian” məlumat yayıb.
Məlumata görə, bir neçə PUA Qara dənizdən Odessaya hücum edib. Odessada partlayış səsləri eşidilib.
Odessa meri Gennadi Truxanov hava təhlükəsi ilə əlaqədar Kiyevski rayonunun sakinlərini diqqətli olmağa çağırıb.