AZ

Şərti sərhəddə ermənilərdən növbəti TƏXRİBAT - VİDEO

Mayın 5-də saat 16:20 radələrində Ermənistan silahlı qüvvələrinin Dığ qəsəbəsi istiqamətində yerləşən döyüş postlarından birində erməni hərbçilərin təxribat xarakterli hərəkətləri qeydə alınıb.

Bizim.Media minval.az-a istinadən xəbər verir ki, yayılan video görüntüdə erməni əsgərlərdən biri yarıçılpaq halda səngərin parapetində rəqs etməsi, nalayiq hərəkətləri və Azərbaycan əsgərlərinin ünvanına erməni dilində təhqirlər səsləndirməsi əks olunub.
 

Gördüklərimizdən belə nəticəyə gəlmək olar ki, Ermənistan tərəfi ifrat tədbirlərə əl atır, hətta açıq-aşkar əxlaqsız oyunların köməyi ilə Azərbaycan hərbçilərini təhrik etməyə çalışır.


Sevindirici haldır ki, əsgərlərimiz bu cür təxribatlara boyun əymədən öz soyuqqanlılıqlarını, təmkinlərini qoruyub saxlayırlar.



Bizim.Media

Seçilən
0
bizim.media

1Mənbələr