ABŞ və İsrail “Ənsar Allah” qiyamçı hərəkatının husilərin nəzarəti altında olan Hodeyda şəhərinə birgə zərbələr endirir.
Publika.az xəbər verir ki, bu barədə husilərə məxsus “Al Masirah” telekanalı məlumat yayıb.
İsrail Ordusunun mətbuat xidməti də 20 qırıcı ilə Yəməndə husilərin hədəflərinə hücum edildiyini açıqlayıb. Məlumata görə, hücumlarda 50 döyüş mərmisi atılıb.
Üsyançıların Səhiyyə Nazirliyinin yaydığı məlumatda isə deyilir ki, ABŞ və İsrailin "Badjel" sement zavoduna endirdiyi zərbələr nəticəsində 21 mülki şəxs yaralanıb.
Xatırladaq ki, mayın 4-də husilər tərəfindən atılan raket Tel-Əvivin Ben Qurion beynəlxalq hava limanı yaxınlığında partlayıb. Hadisə nəticəsində 8 nəfər xəsarət alıb.