AZ

“Yamal son illərin ən böyük futbol kəşfidir”

Məşhur braziliyalı sabiq futbolçu Kafu "Barselona"nın futbolçusu Lamin Yamalın uğurları ilə bağlı fikirlərini bölüşüb.

90deqiqe.Az xəbər verir ki, sabiq oyunçu bu barədə jurnalistlərə açıqlama verib.

"Xarakter xüsusiyyətlərinə görə kimsə düşünə bilər ki, Yamalı özündən çox yaşlıdır. O, artıq veteran, təcrübəli oyunçu kimi görünür. O, son illərdə dünya futbolunun ən böyük kəşfi, İspaniya millisi və "Barselona" ilə qazandığı uğurları nəzərə alsaq, əsas gənc istedaddır. O, hər şeyə layiqdi".

17 yaşlı futbolçu bu mövsüm "Barselona"nın heyətində 50 oyun keçirib. Cinah hücumçusu bütün yarışlarda 15 qol vurub və 24 məhsuldar ötürmə edib.

Seçilən
0
90deqiqe.az

1Mənbələr