AZ

Alimlər gənə ensefalitinin patogeninin yeni genotipini tapıblar...

...Rusiya alimləri gənə ensefalitinin patogeninin yeni genotipinin aşkar edildiyini açıqlayıblar.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu kəşf III Rusiya Tibbi Mikrobiologiya və İnfektologiya Konqresində elan edilib.

Xabarovsk diyarının Səhiyyə Nazirliyinin QİÇS və Yoluxucu Xəstəliklərin Profilaktikası və Mübarizə Mərkəzinin məlumatına görə, yeni genotip Xabarovsk diyarının sakinlərindən toplanmış 120 biomaterial nümunəsinin tədqiqi zamanı aşkar edilib.

Gələcəkdə bu kəşf gənə ensefalitinin aşkarlanması üçün test sistemlərinin yaradılmasında istifadə olunacaq.

Əvvəllər mütəxəssislər gənə ensefalitinə yoluxmamağın yollarını söyləyirdilər.

Həkimlər gənə ensefalitinə yoluxma təhlükəsi barədə də xəbərdarlıq ediblər.

Nazlı Almuradova

Seçilən
0
1
sia.az

2Mənbələr