Hindistan və Pakistan arasında gərginliyin artması riski var.
"Report" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Pakistanın BMT-dəki daimi nümayəndəsi Asim İftixar Əhməd bildirib.
"Vəziyyət çox gərgindir. Hindistan və Pakistan arasında ciddi eskalasiya riski var", - diplomat deyib.
Onun fikrincə, yaranan vəziyyətə görə Yeni Dehli məsuliyyət daşıyır. O, həmçinin vurğulayıb ki, beynəlxalq təşkilatlar heç kimin maraqlarına uyğun gəlməyən münaqişədən qaçmaq üçün səy göstərməlidirlər.
Xatırladaq ki, mayın 4-də Pakistan Hindistanla gərginliyin artması fonunda BMT Təhlükəsizlik Şurasının (TŞ) iclasının keçirilməsini xahiş etmişdi. İclasın tarixi hələlik məlum deyil.