ABŞ-ın keçmiş prezidenti Corc H.V.Buşun mənzil və şəhərsalma üzrə katibinin müavini olmuş Ketrin Ostin Fitts keçmiş Fox News aparıcısı Taker Karlsonun YouTube kanalında danışıb.
Turkustan.az xəbər verir ki, 1989-1990-cı illərdə dövlət katibinin müavini vəzifəsində çalışmış 74 yaşlı Fitts, Miçiqan Dövlət Universitetinin iqtisadçısı Mark Skidmorun 2017-ci il hesabatına istinad edərək, 1998-ci ildən 2020-ci ilə qədər “Müdafiə, Mənzil və Şəhərsalma Departamentlərində icazəsiz xərclərə 21 trilyon dollar” xərclədiyini aşkar edib.
Fitts bu pulun yeraltı şəhərləri və onlarda ictimaiyyətdən gizli saxlanılan nəqliyyat sistemini maliyyələşdirmək üçün istifadə edildiyini iddia edərək, "Biz fövqəladə sayda yeraltı şəhərlər və sözdə nəqliyyat sistemi qurduq" deyib.
Fitts hesabatda yer alan 21 trilyon dolların hara getdiyini iki il ərzində araşdırdığını və təkcə ABŞ-da 170 gizli obyektin olduğunu göstərən dəlillər tapdığını və sözügedən gizli şəhərlərin və ya bazaların bəzilərinin ABŞ ətrafında okeanlar altında tikildiyini iddia edib. O, əlavə edib ki, bu yeraltı şəhərlərdə yalnız zəngin və güclülər sığına bilər.
Karlsonun yeraltı tikililərin məqsədi ilə bağlı sualına Fitts onların insanların nəsli kəsilmək təhlükəsi ilə üzləşə biləcəyi vəziyyətlərdə istifadə edilmək üçün tikildiyinə inandığını söyləyib. Fitts həmçinin bu bazaların hökumətin gizli kosmik proqramı kimi layihələr üçün istifadə oluna biləcəyinə inandığını bildirib.
Aytən Yaşar/ Turkustan.az