AZ

ADAU da “Aqrar, ekologiya və su təsərrüfatı sahələrinin inkişafında Heydər Əliyevin rolu” mövzusunda konfrans keçirilib

Azertag saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Gəncə, 5 may, Elcan Məmmədov, AZƏRTAC

Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) Ümummilli lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunan "Aqrar, ekologiya və su təsərrüfatı sahələrinin inkişafında Heydər Əliyevin rolu" mövzusunda konfrans keçirilib.

ADAU Həmkarlar və Tələbə Həmkarlar İttifaqı Komitəsinin dəstəyi ilə keçirilən tədbir çərçivəsində əvvəlcə Ümummilli Lider Heydər Əliyevin universitetin inzibati binasında yerləşən büstü önünə tər gül dəstələri qoyulub, əziz xatirəsi ehtiramla yad edilib.

Tədbirdə Dövlət Himni səsləndirilib, sonra torpaqlarımızın azadlığı və ərazi bütövlüyümüz uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra xalqımızın dahi oğlu Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən videoçarx nümayiş etdirilib.

Konfransda çıxış edən Aqrar Universitetin rektoru Zəfər Qurbanov müdrik lider Heydər Əliyevin kənd təsərrüfatı mütəxəssislərinin hazırlanması, aqrar təhsilin inkişafı və bu sahənin elmi əsaslarla qurulması istiqamətində göstərdiyi xidmətlərdən danışıb. O bildirib ki, bu gün ADAU-da həyata keçirilən islahatların və beynəlxalq əməkdaşlıqların əsasında məhz Heydər Əliyev ideyaları dayanır.

Konfransda çıxış edən Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası sədrinin müşaviri, Aqrar, Ekologiya və Su təsərrüfatı İşçilərinin Həmkarlar İttifaqı Respublika Birliyinin sədri Məmməd Həsənov uzaqgörən siyasətçi Heydər Əliyevin siyasi iradəsi sayəsində aqrar sahənin prioritet istiqamət kimi formalaşdığını, fermerlərin sosial müdafiəsinin gücləndirilməsi üçün kompleks tədbirlər görüldüyünü qeyd edib.

Azərbaycan Milli Elmlər Akademiyasının Gəncə bölməsinin sədri, akademik Fuad Əliyev isə Ulu Öndər Heydər Əliyevin elmi və tədqiqat institutlarına verdiyi diqqət sayəsində aqrar elmin inkişafı üçün münbit zəmin yarandığını bildirib və bu sahəyə ixtisaslı elmi kadrların cəlb edildiyini vurğulayıb.

Aqrar, Ekologiya və Su təsərrüfatı İşçilərinin Həmkarlar İttifaqı Respublika Birliyinin sədr müavini Fuad Məmmədov, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin idarə heyəti sədrinin müşaviri Aydın Abbasov və 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi Azər Quliyev isə çıxışlarında strateji baxışa malik dahi lider Heydər Əliyevin rəhbərliyi ilə su ehtiyatlarının səmərəli idarə olunması, təbii sərvətlərin qorunması və sosial ədalətin təmin edilməsi istiqamətində əsaslı addımlar atıldığını bildiriblər. Qeyd olunub ki, qəbul edilən ekoloji proqramlar və struktur islahatları bu sahələrin müasir çağırışlara uyğun inkişafını təmin edib.

Konfrans çərçivəsində təhsil göstəricilərinə görə fərqlənən 20 nəfər ADAU tələbəsinə Aqrar, Ekologiya və Su təsərrüfatı İşçilərinin Həmkarlar İttifaqı Respublika Birliyi tərəfindən birdəfəlik mükafatlar təqdim edilib.

Konfransdan sonra qonaqlar universitetin maddi-texniki bazası ilə yaxından tanış olublar.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
0
icma.az

1Mənbələr