AZ

De Bruyne yaxın vaxtlarda gələcəyi ilə bağlı qərar verəcək

“Mançester Siti”nin yarımmüdafiəçisi Kevin de Bruyne yaxın günlərdə gələcəyi ilə bağlı qərar verməyi planlaşdırır.

90deqiqe.Az-ın məlumatına görə, belçikalı futbolçu bu ayın sonunadək yeni klubunu seçmək niyyətindədir. De Bruynenin “Mançester Siti” ilə müqaviləsi gələn yay başa çatacaq və o, azad agent kimi klubdan ayrılacaq.

Veriləcək qərar eyni zamanda Klublararası Dünya Çempionatı ilə bağlı vəziyyətə də aydınlıq gətirəcək. Belə ki, əgər yeni klubu razılıq versə, De Bruyne turnirdə “Mançester Siti”nin heyətində çıxış edə biləcək.

Bundan əvvəl Kevin De Bruynenin zədə almaq qorxusu və yeni kluba keçidini pozacağına görə Klublararası Dünya Çempionatında oynamaq istəməməsi ilə bağlı xəbərlər yayılmışdı.

Seçilən
0
90deqiqe.az

1Mənbələr