“ABŞ Qrenlandiya üzərində nəzarəti ələ keçirmək üçün hərbi gücdən istifadə etməyi istisna etmir”.
Globalinfo.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp “NBC News” telekanalına deyib.
“Bunu edəcəyimi demirəm, amma heç nəyi də istisna etmirəm”, – o qeyd edib.
Tramp əlavə edib ki, beynəlxalq təhlükəsizlik üçün ölkəsinə Qrenlandiya lazımdır:
“Onun statusunun həlli ilə bağlı hərbi ssenarinin baş verməsi mümkündür”.