Karni Trampla görüşəcək.
Kanadanın baş naziri Mark Karni ABŞ-yə gedəcək.
Operativ Media xəbər verir ki, Karni tariflər məsələsini müzakirə etmək üçün ABŞ prezidenti Donald Trampla görüşmək üçün Vaşinqtona gedir.
İki lider arasında görüş mayın 6-da Vaşinqtonda baş tutacaq.
Ötən həftə Karni Trampla mayın 6-da görüşməyi planlaşdırdığını desə də, görüşün harada olacağını açıqlamayıb.