AZ

Rusiyanın regionları üzərində 9 pilotsuz təyyarə vurulub » AzadMedia.az



Rusiya Federasiyasının regionları üzərində doqquz pilotsuz təyyarə vurulub. Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

“Moskvada saat 20:30-dan axşam 21:00-a qədər Ukraynaya məxsus təyyarə tipli doqquz pilotsuz uçuş aparatı Hava Hücumundan Müdafiə Qüvvələrinin növbətçiliyi tərəfindən sıradan çıxarılıb”, - məlumatda deyilir.

Hərbi idarə beş pilotsuz təyyarənin Kursk vilayətində, daha dördünün Belqorod vilayətində məhv edildiyini bildirib.

Hazırda infrastruktura dəyən ziyan və tələfat barədə məlumat yoxdur.

Bundan bir qədər əvvəl Ukrayna qoşunlarının Rusiyanın üç bölgəsinə birdən-birə hücum etdiyinə dair məlumatlar ortaya çıxdı: Voronej, Rostov və Belqorod vilayətləri.

Aprelin 29-da Bryansk vilayətinin Klimovsk rayonunun Novıye Yurkoviçi kəndi vurulub. Yerli sakin qəlpə yaraları alıb, o, xəstəxanaya çatdırılıb. Qəsəbə Ukraynaya məxsus kamikadze pilotsuz uçan aparatla hücuma məruz qalıb.
Seçilən
0
1
azadmedia.az

2Mənbələr