ABŞ Prezidenti Donald Tramp Kiyevlə faydalı qazıntılar barədə sazişə Rusiya rəhbərliyinə təsir vasitəsi kimi baxır.
Teleqraf xəbər verir ki, ABŞ-nin Maliyyə naziri Skott Bessent Kaliforniyada Milken İnstitutunun konfransında belə deyib.
S.Bessent amerikalı maliyyəçi Maykl Milkenə deyib: "İqtisadi tərəfdaşlıq onun ideyası idi və o, bununla bir neçə problemi aradan qaldıracağına inanırdı. İlk növbədə, bu, vaxtı yetişəndə Rusiya rəhbərliyinə təzyiq üçün daha çox imkan verəcəkdi".