Ramin Əhmədovun şərəfini qoruduğu "Alay" Qırğızıstan çempionatında növbəti görüşünə çıxıb.
4-cü turda doğma meydanda "Kurquzalty" kollektivini qəbul edən Əhmədovun komandası 3 xala sevinən tərəf olub - 2:1.
90 dəqiqə meydanda olan həmyerlimiz matçın ən yaxşısı seçilib.
23 yaşlı futbolçu matçdan sonra klubun rəsmi hesablarına açıqlamasında bunu Zaqatalanın Suvagil kəndindən olan şəhid dostlarına həsr etdiyini bildirib.
Maraq üçün bildirək ki, "Altay" 4 turdan sonra maksimum nəticə ilə turnir cədvəlinə başçılıq edir.
Ramin Əhmədov "Zaqatala"nın yetirməsidir. 2021-ci ildə Rəşad Sadıqovun istəyilə Birinci Liqanı Premyer Liqaya dəyişmişdi.
O, "Zirə"dən son iki mövsüm "Şamaxı" formasını geyindikdən sonra ötən ilin sonları legioner həyatı yaşamağa qərar verib.
XANOĞLAN / SPORTİNFO.AZ
Haqqında bəhs etdiyimiz videonu aşağıdakı linkdən izləyə bilərsiniz: