Yeni həftəyə daxil olarkən göy üzündəki planet hərəkətləri bir sıra bürclərə güclü dəstək göndərir.
Mayın ilk tam həftəsi enerjisi ilə xüsusilə fərqlənəcək: bəzi bürclər üçün qapılar açılır, fürsətlər artır, münasibətlər isə yeni mərhələyə keçir. Gözlənilməz xoş xəbərlər, uğurlu təsadüflər və şəxsi inkişaf imkanları ilə dolu bu həftədə şans ulduzu parlayan bürclər artıq bəlli olub.
Bəs bəs bu həftə kimlərin yolları açılır? Kimlər həyatının yeni fəslinə qədəm qoyur?
Musavat.com ulduzların dəstəyini alan ən şanslı bürcləri təqdim edir:
Bu həftə doğum günləri yaxınlaşan və ya qeyd edən Buğalar üçün ulduzlar adeta əl-ələ verib. Günəşin bürcünüzdə olması sizə daxili güc, özünəinam və yeni başlanğıclar üçün ideal şərait yaradır. Maddi məsələlərdə uğurlar, sevgi həyatında isə sabitlik və dərinlik mümkündür. İdeya və planlarınızı reallaşdırmaq üçün göy üzü sizdən yanadır.
Şirlər üçün parlaq və enerjili bir həftə başlayır! Mars və Yupiterin dəstəyi ilə təşəbbüskar olmağınız sizə həm karyera, həm də şəxsi həyatda sürətli inkişaf və xoş sürprizlər gətirə bilər. Bu həftə diqqət mərkəzində olacaqsınız. Yeni təkliflər, kreativ layihələr və tanışlıqlar gündəmə gələ bilər.
Sakit görünən Oğlaqlar üçün bu həftə gözlənilməz fürsətlərlə doludur. Əmək və zəhmətinizin bəhrəsini görməyə başlayırsınız. Xüsusilə maliyyə və karyera sahəsində sıçrayış edə bilərsiniz. Eyni zamanda, ailə və yaxın ətrafla bağlı sizi sevindirəcək xəbərlər mümkündür. Həyatınıza müsbət dəyişikliklər gəlir.