"Liverpul"la hazırkı müqaviləsinin müddəti iyunun sonunda başa çatacaq Trent Alexandr-Arnold klubdan yayda ayrılacağını açıqlasa da, onun "Real Madrid"ə keçidi erkən reallaşa bilər.
Fanat.Az xəbər verir ki, məlumatı "Marca" yayıb.
Mənbənin məlumatına görə, İspaniya nəhəngi 26 yaşlı futbolçu ilə klublararası dünya çempionatı öncəsi müqavilə imzalaya bilər. Sözügedən yarış üçün bu il iyunun 1-dən 10-a kimi xüsusi "transfer pəncərəsi" açıq olacaq.
"Liverpul" Trenti iki şərtlə erkən buraxacaq. İlk olaraq mersisaydlılar təxminən 500 min avro təzminat almaq istəyirlər. İkincisi, “qırmızılar” futbolçunun mayın sonunda müqaviləsinə xitam verməsini istəyir ki, klub ona növbəti ayın maaşını ödəməsin.
"Real" klublararası dünya çempionatının qrup mərhələsində "Əl-Hilal", "Paçuka" və "Zalsburq"la qarşılaşacaq.
Mirağa