Azərbaycan millisinin voleybolçusu Ayşən Abduləzimova Macarıstanın "Vaşaş" klubunu tərk edib.
İdman.biz xəbər ki, təcrübəli voleybolçu bununla bağlı sosial şəbəkə hesabında paylaşım edib.
O, 5 il çıxış etdiyi "Vaşaş"la vidalaşdığını yazıb. Abduləzimova bir neçə gün əvvəl verdiyi açıqlamada bir neçə təklif aldığını bildirib.
Qeyd edək ki, “Vaşaş”ın kapitanı olan Abduləzimova 5 dəfə Macarıstan çempionu olub.
İdman.biz