AZ

Məşhur sosial media platforması birdəfəlik bağlandı

“Skype” platforması fəaliyyətini dayandırıb. Metbuat.az xəbər verir ki, bu barədə "Microsoft" şirkəti məlumat yayıb. Məlumata görə, şirkət istifadəçilərə "Microsoft Teams" platformasından istifadə etməyi tövsiyə edib. Qeyd edək ki, “Skype” platforması 2003-cü ildə istifadəyə verilmişdi. “Skype” maraqla qarşılanıb və milyonlarla insan tərəfindən istifadə edilib. Ardınca “Microsoft” “Skype” platformasını almışdı. Lakin müasir və geniş imkanlara malik platformaların istifadəyə verilməsindən sonra “Skype” nüfuzunu itirib.

2017-ci ildə isə “Microsoft” “Teams” platformasını istifadəyə verib. “Teams” xidmətlərinə görə “Skype” platformasına bənzəyir.

Seçilən
0
1
metbuat.az

2Mənbələr