AZ

Konyada baş verən partlayışda 12 nəfərYARALANDI

Türkiyənin Konya şəhərinin Karatay rayonunda yerləşən 4 mərtəbəli binada baş verən partlayışda biri ağır olmaqla 12 nəfər yaralanıb. Hadisənin təbii qaz sızmasından qaynaqlandığı ehtimal olunur.

Redaktor.az xəbər verir ki, Gazi Osmanpaşa məhəlləsindəki Menzil küçəsində baş verən partlayışdan sonra hadisə yerinə AFAD, polis, təcili tibbi yardım və yanğınsöndürən qruplar cəlb olunub. Yaralılar ətraf xəstəxanalara çatdırılıb.

Hadisə ilə bağlı araşdırma aparılır.

Kənan YUSİF 

Seçilən
0
1
redaktor.az

2Mənbələr