AZ

Olaf Şolz Almaniya kansleri kimi son günündə Zelenskiyə zəng edib

Almaniya kansleri vəzifəsini icra edən Olaf Şolz Ukrayna lideri Vladimir Zelenski ilə ofisində son telefon danışığı aparıb. Bu barədə Almaniya Nazirlər Kabinetinin mətbuat katibi Şteffen Hebestreyt bildirib.


Spikerin sözlərinə görə, söhbətdə Şolz Zelenskiyə “etimada əsaslanan sıx əməkdaşlığa” görə təşəkkür edib və “Rusiya təcavüzünə qarşı mübarizədə Ukrayna prezidentinin və Ukrayna xalqının cəsarətini, şücaətini və qətiyyətini vurğulayıb”.

Tərəflər həmçinin Ukraynada davamlı və ədalətli sülhə nail olmaq yollarını müzakirə ediblər.

Hebestreit bildirib ki,Şolz Kiyevin 30 günlük atəşkəsə hazır olmasını alqışlayıb.

Şolz həmçinin Rusiya prezidenti Vladimir Putini atəşkəs təklifinə cavab verməyə və “özünün amansız kampaniyasına” son qoymağa çağırıb ”, - Almaniya Nazirlər Kabinetinin sözçüsü bildirib.

Gülnar

Seçilən
0
2
anews.az

3Mənbələr