YAP Cəbrayıl rayon təşkilatında Heydər Əliyevin 102-ci ildönümünə həsr olunmuş yığıncaq keçirilib -Fotolar
YAP Cəbrayıl rayon təşkilatında “Konstitusiya və Suverenlik İli” çərçivəsində Ümummilli Liderimiz Heydər Əliyevin 102-ci ildönümünə həsr olunmuş yığıncaq keçiriilmişdir.
aia.az xəbər verir ki, yığıncaqda ərazi partiya təşkilat sədrləri, sədr müavinləri və YAP fəalları iştirak etmişdir.Yığıncaqdan öncə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Cəbrayıl rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənovunda iştirak etdiyi yığıncağı giriş nitqi ilə YAP Cəbrayıl rayon təşkilatının sədri Arif Fərzəliyev açdı və dedi.Tarix dəfələrlə sübut etmişdir ki, Ulu Öndər Heydər Əliyev böyük iradə və qətiyyət sahibi, təkrarsız şəxsiyyət olmaqla ən çətin vəziyyətdən belə çıxmaq üçün düzgün yol tapmağı bacarırdı. Ona görə də həmişə başladığı işi uğurla sona çatdırırdı.Dövlətçilik salnaməmizdə silinməz izlər qoymuş, azərbaycanlı olması ilə ömür boyu fəxr etmiş, milli qürur və iftixar mənbəyimiz olan Heydər Əliyev bütün dünyada Azərbaycanın rəmzi kimi qəbul edilir. Xalqımız onun əziz xatirəsini həmişə uca tutur və minnətdarlıqla anır.Müstəqil Azərbaycan Ulu Öndərin indiki və gələcək nəsillərə əmanəti, onun zəngin və çoxşaxəli irsi isə xalqımızın milli sərvətidir. Bu müqəddəs mirası qoruyub saxlamaq hər bir azərbaycanlının şərəfli vəzifəsidir. Nə qədər ki Azərbaycan var, nə qədər ki bu millət var, Heydər Əliyev də var olacaq. Ümummilli Liderimizin əziz xatirəsi qəlbimizdə hər zaman əbədi yaşayacaq.
Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov çıxış edərək qəlbi daim vətən eşqi ilə döyünən, bütün varlığı ilə xalqına bağlı olan Heydər Əliyevin Azərbaycan tarixindəki və beynəlxalq arenadakı rolundan, o cümlədən demokratik, hüquqi dövlət quruculuğunda, ölkəmizin qüdrətlənməsində, xalqın rifahının yüksəldilməsində misilsiz xidmətlərindən və dünya siyasətinə verdiyi töhfələrdən danışıb.
O, qeyd edib ki, ulu öndər Heydər Əliyevin Azərbaycanın işıqlı gələcəyinə hesablanmış mükəmməl siyasətini yeni müstəvidə dövrün tələblərinə uyğun şəkildə uğurla davam etdirən dövlətimizin başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə hakimiyyətlə xalq arasında olan sıx bağlılığın nəticəsində ölkəmiz hərtərəfli inkişaf etdiyini bildirib.
Sonda YAP fəalı Əbil Vəliyev, Karxulu ərazi partiya təşkiltının sədri Bəxtiyar Əsədov, Sarıcallı ərazi partiya təşkilatının fəalı Vəfa Hüseynova, Soltanlı ərazi partiya təşkilatının sədr müavini Fariz Haciyev və digərləri çıxış edərək Ulu Öndərimizin həyat və yaradıcılığından bəhs etdilər.