Çanaqqala vilayətində 1 iyun – 30 sentyabr tarixləri arasında meşəlik sahələrə vətəndaşların girişi qadağan edildi.
Redaktor.az xəbər verir ki, qadağa yalnız vəzifəli şəxsləri əhatə etmir.
Çanaqqala Orman İdarəsinin açıqlamasına görə, bölgədə meşə yanğınları üçün yüksək risk yaradan hava şəraitinin gözlənilməsi səbəbilə əlavə tədbirlər zəruri hesab edilib. Bu çərçivədə, yanğınların qarşısının alınması məqsədilə ciddi məhdudiyyət tətbiq olunacaq.
Kənan YUSİF