AZ

Krallıq ailəsində buzlar ərimir: Harri atasının onunla danışmadığını etiraf etdi

Krallıq

Britaniya krallıq ailəsinin gərgin münasibətləri yenidən gündəmdədir. Şahzadə Harri son açıqlamasında atasının – hazırkı kral III Karlın – onunla uzun müddətdir danışmadığını deyib. Bu etiraf, kral ailəsinin daxili problemlərinin hələ də həll olunmadığını göstərir.Harri 2020-ci ildə həyat yoldaşı Meqan Marklla birlikdə krallıq öhdəliklərindən imtina edərək ABŞ-a köçdü. Onlar bu qərarlarını şəxsi azadlıqlarına və övladlarını medianın müdaxiləsindən qorumağa ehtiyac duymaları ilə əsaslandırdılar. Lakin bu addım, kral ailəsi daxilində dərin bir çat yaratdı.KrallıqSon illərdə Harri bir sıra sensasiyalı müsahibələr verib, o cümlədən məşhur ABŞ teleaparıcısı Opra Vinfri ilə olan söhbətində kral ailəsini irqçilikdə və soyuqqanlılıqda ittiham edib. O, atasının və böyük qardaşı şahzadə Uilyamın bu məsələlərdə laqeyd qaldığını bildirib.Harri həmçinin öz tərcümeyi-hal kitabı olan "Spare" (Yedək) adlı əsərində atasına və ailənin digər üzvlərinə qarşı ciddi ittihamlar irəli sürüb. Kitabda atasının onun uşaqlıq dövründə emosional uzaqlığını, anası şahzadə Diananın faciəvi ölümündən sonra göstərdiyi soyuq münasibətləri ətraflı təsvir edib. Harri bu kitabda atasının "onunla münasibət qurmaq istəmədiyini" də yazır.Sonuncu açıqlamasında isə Harri açıq şəkildə bildirir:“Atam mənimlə danışmır. Bu münasibətsizlik artıq uzun müddətdir davam edir. Mən öz ailəmi sevirəm və əlaqələrin bərpa olunmasını istəyirəm, amma qarşı tərəfdən bir addım yoxdur.”Harri bu yaxınlarda atası Kral III Karlın səhhətində yaranan problemlərlə əlaqədar Londona qısa bir səfər etmişdi. Lakin o zaman da atasının onunla görüşmədiyi, sadəcə saraya yaxın şəxslərlə əlaqə saxladığı bildirilmişdi.Bu açıqlama Britaniya ictimaiyyətində və mediada müxtəlif reaksiyalar doğurub. Bəziləri Harrinin çox emosional davrandığını və ailə məsələlərini mediaya çıxarmağın doğru olmadığını düşünür. Digərləri isə onun səmimi və haqlı olduğunu bildirir, kral ailəsinin daha açıq və şəffaf davranmasının zamanının gəldiyini qeyd edirlər.✍️"Ulusum".az

Diqqət Çəkənlər

Azərbaycan və Əfqanıstan arasında ətraf mühit üzrə əməkdaşlıq görüşü

Apteklərdə Monitorinqlər Gücləndirilib: Nöqsanlar Aşkarlanıb

Papa Fransiskin Son Arzusu: Qəzzalı Uşaqlar Üçün Ümidə Çevrilən Avtomobil

Seçilən
0
ulusum.az

1Mənbələr