"Çelsi"nin yarımmüdafiəçisi Moises Kaysedo klub tərəfindən mövsümün ən yaxşı futbolçusu seçilib.
90deqiqe.Az-ın "The Telegraph"a istinadən verdiyi xəbərə görə, London təmsilçisi ekvadorlu futbolçunu öz mövqeyində dünyanın ən yaxşı oyunçularından biri hesab edir və yay aylarında onunla yeni müqavilə imzalamaq imkanını müzakirə etməyi planlaşdırır.
Qeyd edək ki, Kaysedonun “Çelsi” ilə hazırkı müqaviləsi 2031-ci ilin ortalarınadək qüvvədədir. Buna baxmayaraq, klub onun maaşında 20 faiz artım nəzərdə tutulan yeni müqavilə təklif etməyi düşünür. Lakin bu artım yalnız “Çelsi”nin növbəti mövsüm üçün UEFA Çempionlar Liqasına vəsiqə qazanacağı təqdirdə reallaşa bilər.
Hazırda London klubu Premyer Liqada beşinci pillədə qərarlaşıb və Çempionlar Liqası zonasına yaxın mövqedədir.