Rumıniyanın Baş naziri Marsela Çiolaku vəzifəsindən, Sosial Demokrat Partiyasının isə hakim koalisiyadan ayrıldığını bəyan edib.
“Cebheinfo.az”-ın məlumatına görə, Marsela Çiolaku “G4Media”-ya açıqlama verib:
“Mən SDP-nin prezidenti olduğum müddətdə Sosial Demokrat Partiyası-Rumınların Birliyi Uğrunda Alyans hökuməti olmayacaq”.
Mayın 18-də keçiriləcək səsvermədə seçiləcək Rumıniyanın yeni prezidentinin parlamentdə çoxluq yarada biləcək partiyalarla birlikdə yeni Baş naziri təyin edəcəyi gözlənilir. Nəşrin məlumatına görə, SDP nazirləri yeni hökumət formalaşana qədər səlahiyyətlərini icra edəcəklər. Hökumət üzvləri maksimum müddət 45 gün bu vəzifələrdə qala bilərlər.