Bazar günü öz meydanında "Beşiktaş"a 0:1 hesabı ilə uduzan "Fənərbağça"nın baş məşqçisi Joze Mourinyu tənqid hədəfinə çevrilib.
Fanat.Az xəbər verir ki, İstanbul təmsilçisinin keçmiş futbolçusu Elvir Baliç Mourinyunu top atəşinə tutub.
Bosniya və Herseqovinalı veteranın fikirlərini "O Jogo" belə təqdim edib:
"Mourinyunun yaxşı məşqçi olduğunu düşünmürəm. O, qorxunc məşqçidir və bizi ələ salır. O, start heyəti ilə yenə təəccübləndirdi. Belə taktika olar? Buna istehza deyilir. O, eqosu və təkəbbürü ilə belə bir komandanı məhv edə bilməz. Bağışlayın, amma o, gülünc işlər görür. Artıq bu klubda işləməyə davam etməməlidir".
Elmir Baliç 1999-2000 mövsümündə İspaniya nəhəngi "Real Madrid" ilə UEFA Çempionlar Liqasını qazanıb. O, UEFA Çempionlar Liqasındakı uğurdan başqa, 2000-01 mövsümündə "Fənərbağça" ilə Türkiyə Super Liqasının qalibi olub.
Mirağa