AZ

Stoiçkov: “MLS dünyanın ən güclü liqalarından biridir”

Bolqar futbolunun əfsanəsi Xristo Stoiçkov MLS-in dünyanın ən güclü liqalarından biri olduğu qənaətindədir.

Arena.az MLS-in rəsmi saytına istinadən, Stoiçkovun müvafiq açıqlamasını təqdim edir:

“Liqa son vaxtlar inanılmaz tərəqqi nümayiş etdirir. MLS-in oyunu yaxşılaşdıran və gənc oyunçulara imkanlar açan proqramları əladır. Hesab edirəm ki, MLS-in rəhbəri Don Qraberin, komandaların hər birinin öz stadionunun və məşq infrastrukturunun olması üçün onlarla gördüyü iş oyunçular üçün çox faydalıdır, bu, oyunun özünü təkmilləşdirməyə kömək edir.

Təxmin edirəm ki, MLS bundan sonra da tərəqqi etməyə davam edəcək. Belə də olacaq, axı, əgər mən səhv etmirəmsə, xaricdə 250-dən artıq amerikan oyunçu çıxış edir. Bu, möhtəşəm göstəricidir. Mənim üçün MLS hazırda dünyanın ən güclü liqalarından biridir. Əlbəttə, həmçinin burada bütün zamanların ən yaxşı oyunçusu – Lionel Messi çıxış edir”, deyə Stoiçkov vurğulayıb.

Xatırladaq ki, Xristo Stoiçkov 1994-cü ildə “Qızıl top” mükafatına layiq görülüb.

Seçilən
0
arena.az

1Mənbələr