“Bavariya”nın vingeri Leroy Sane agent dəyişikliyinə gedərək tanınmış menecer Pini Zahavi ilə əməkdaşlığa başlayıb.
90deqiqe.Az-ın "German Sky"a istinadən verdiyi xəbərə görə, əmək haqqının azaldılması və imza bonusunun verilməməsi şərtilə müqavilənin uzadılması artıq futbolçu üçün məqbul variant sayılmır. Bu səbəbdən Zahavi yaxın günlərdə “Bavariya” rəhbərliyi ilə danışıqların yeni mərhələsinə başlayacaq.
Məlumata görə, müqavilə uzadılacağı təqdirdə Sanenin illik maaşı 20 milyon avrodan 14-15 milyon avroya endirilə bilər.
Qeyd edək ki, 29 yaşlı futbolçunun Münhen təmsilçisi ilə hazırkı müqaviləsi iyunun sonunda başa çatır. Daha əvvəl onun “Bavariya” ilə yeni sözləşmə imzalamağa yaxın olduğu bildirilmişdi.