AZ

Yelloustoun bütün dünyanı təhdid edir...

...Amerikanın Yelloustoun (Yellowstone) Milli Parkının altında qlobal fəlakət təhlükəsi yaradan nəhəng vulkan kəşf edilib. Elmi araşdırmalara görə, qoruğun səthinin altında otuz termonüvə bombasının partlamasına bərabər olan dəhşətli püskürməyə səbəb ola bilən bütöv bir ərimiş maqma dənizi var.

SİA-nın məlumatına görə, Yelloustounun altındakı maqma kamerası dörd min kvadrat kilometr geniş bir ərazini əhatə edir və səkkiz kilometrə qədər dərinlikdə yerləşir.

Tektonik plitələr dəyişdikcə, lava püskürəcək, kül və qazların kütləvi emissiyasına səbəb olacaq.

Və təbii ki, bu da, planet miqyasında iqlim dəyişikliyinə səbəb olacaq.

Belə bir püskürmənin nəticələri fəlakətli ola bilər: qalın kül buludları uzun müddət günəş işığının qarşısını alacaq, temperatur aşağı düşəcək, məhsul çatışmazlığına və aclığa səbəb olacaqdır.

Kütləvi məhv olma ehtimalını istisna etmək olmaz.

Nazlı Almuradova

Seçilən
0
1
sia.az

2Mənbələr