AZ

Şimal bölgəsində Qudyalçay ətrafı evlər TƏHLÜKƏDƏVİDEO

Torpaq qatı lay-lay çaya tökülür... Çayın kənarındakı evlər təhlükədədir...

Xezerxeber.az xəbər verir ki, Qudyalçayda sel sularının səviyyəsinin qalxması nəticəsində Xaçmazın Xaspoladoba kəndində çayın kənarında yerləşən bir neçə yaşayış evi üçün ciddi təhlükə yaranıb.

Çayın ətrafında yaşan sakinlər deyir ki, vəziyyət o yerə çatıb ki, səhərə qədər növbə çəkirlər. Bildirirlər ki, sellərdən sonra yaranan vəziyyət getdikcə gərginləşir.

Xaçmaz Rayon Fövqəladə Hallar Komissiyasının sədri Anar Oruclu bildirib ki, hazırda komissiyanın və digər əlaqədar dövlət qurumların nümayəndələri əraziyə baxış keçirirlər. Vəziyyət yerində qiymətləndirildikdən sonra fəsadların aradan qaldırılması üçün addımlar atılacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Seçilən
0
1
xezerxeber.az

2Mənbələr