AZ

Flik "İnter"lə sabah oyun haqda nə dedi?

style='margin-bottom:10px;'>

"Mövsümə başlayanda heç kimin nəyə nail olacağımız barədə zərrə qədər fikri yox idi. İki titul qazandıq və qarşıda bizi daha bir vacib həftə gözləyir".

QOL.az xəbər verir ki, bu sözləri "Barselona"nın baş məşqçisi Hans-Diter Flik UEFA Çempionlar Liqasının yarımfinalının "İnter"lə cavab matçı üçün təşkil edilən mətbuat konfransında deyib. 

Almaniyalı mütəxəssis oyun prinsiplərinə sadiq qalacaqlarını bildirib:  "Mən istəyirəm ki, oyunçularımın özləri və çıxış tərzimizdən həzz alsınlar. Biz futbol oynamaqdan həzz almaq istəyirik. Azarkeşlərin də bu hissi yaşamasına çalışırıq. Belə bir komandanı çalışdırmaq çox gözəldir", 

Flik rəqibin güclü tərəflərini bildiklərini vurğulayıb: "Rəqibə şans verməmək vacibdir. Yarımmüdafiədə və hücumda çox yaxşı oynayırlar. "İnter"in künc zərbələrindən də qaçmaq lazımdır. Amma oyunçularəm bu vəziyyətdə nə edəcəyini bilirlər".

Sabah "San Siro"da keçiriləcək “İnter” – “Barselona” oyunu Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Komandalar arasındakı ilk oyunda bərabərlik qeydə alınıb – 3:3.

Seçilən
0
2
teleqraf.com

3Mənbələr