Ukrayna prezidenti Vladimir Zelenski Rusiyaya qarşı sanksiyaları gücləndirməyə çağırıb.
NOCOMMENT.az xəbər verir ki, bu barədə “İnterfaks-Ukrayna” məlumat yayıb.
“Biz Rusiyaya əlavə təzyiqlərin zəruriliyini müzakirə etdik, bu, ilk növbədə sanksiyalara aiddir”, – Ukrayna lideri Çexiyanın baş naziri Petr Fial ilə keçirdiyi mətbuat konfransında deyib.
Zelenskinin sözlərinə görə, Rusiyaya qarşı sanksiyalar qüvvədə qalmalı və Ukrayna münaqişəsi boyu gücləndirilməlidir.