“Real” baş məşqçi Karlo Ançelotti ilə bağlı qərarını verib.
İdmanxeber.az-ın məlumatına görə, rəhbərlik mütəxəssislə yolları ayıracaq. 65 yaşlı məşqçi ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam veriləcək.
Ançelottinin Braziliya milli komandasında çalışacağı gözlənilir.
“Real” isə baş məşqçi postuna hazırda “Bayer”də işləyən Xabi Alonsonu gətirməyi planlaşdırır.