Turkstan.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
Azərbaycan dili və ədəbiyyatı və biologiya fənləri üzrə Respublika fənn olimpiadalarının qalibləri elan edilib.
Turkustan.az xəbər verir ki, bu barədə Təhsil İnstitutu məlumat yayıb.
Belə ki, hər iki yaş qrupu üzrə 1-5 və 5-ci yerlə eyni nəticəni göstərən şagirdlər qızıl, 6-15 və 15-ci yerlə eyni nəticəni göstərən şagirdlər gümüş, 16-30 və 30-cu yerlə eyni nəticəni göstərən şagirdlər isə bürünc medala layiq görülüblər.
Azərbaycan dili və ədəbiyyat fənləri (yuxarı yaş qrupu) üzrə qaliblər arasında Kəlbəcər rayonunun Başlıbel kəndindən olan Mehdizadə Jalə Ceyhun qızı da yer alıb.
Mehdizadə Jalə respublika üzrə 2-ci yeri tutaraq gümüş medala layiq görülüb.