Qırmızı üzüm şirəsi kişilərdə cinsi istəyi artırmaq üçün istifadə edilən “Viaqra”ya dərmansız alternativ ola bilər.
Bizim.Media xəbər verir ki, alimlər müəyyən ediblər ki, satılan bu təravətləndirici içki erektil disfunksiya riskini 80% azalda bilər.
Odur ki, tədqiqatçılar 40 yaşdan yuxarı bütün kişiləri cinsi aktivliyi artırmaq üçün həftədə ən azı beş dəfə bir stəkan qırmızı üzüm suyu içməyə çağırırlar.
Heç bir kommersiya şirkəti tərəfindən maliyyələşdirilməyən araşdırma, digər meyvələrin şirələrinin əksəriyyətinin çox az fayda verdiyini və ya heç bir fayda vermədiyini də müəyyən edib. Belə ki, alma, portağal, ananas və ya pomidor suyunun müntəzəm istehlakı kişiləri libidonun azalmasından qorumur. “The Aging Male” jurnalında dərc olunan araşdırmanın nəticələrinə görə, qazlı içkilər də bu məslədə kişilərin köməyinə çata bilmir.
Güman edilir ki, erektil disfunksiya müəyyən dərəcədə 40 yaşdan yuxarı kişilərin yarısına təsir edir. Səbəblər arasına ürək xəstəliyi və yüksək xolesterol ilə əlaqəli ola bilən qan damarlarının tıxanması daxildir.
Həmçinin şəkərli diabetdən əziyyət çəkən kişilər daha çox risk altındadırlar, çünki bədənləri qan şəkərinin səviyyəsini effektiv şəkildə idarə edə bilmir - yüksək qan şəkəri isə qan damarlarına və sinirlərə zərər verir.
Çoxsaylı araşdırmalar göstərib ki, sağlam qidalanma və müntəzəm məşq bu riski azalda bilər. Çinin Tianjin şəhərindəki Tianjin Tibb Universitetinin Ümumi Xəstəxanasının alimləri 1500 orta yaşlı kişinin vərdişlərini tədqiq edib. Nəticələr göstərib ki, qəbul edilən doqquz növ müxtəlif meyvələrin şirələrindən yalnız qırmızı üzüm şirəsi çox əhəmiyyətli təsirə malikdir.
Bizim.Media