Sürücü və piyadaların qaydalara əməl etməməsi səbəbindən yol-nəqliyyat hadisələri baş verir. Piyadaların vurulması da əksər hallarda xəsarət və ya ölümlə nəticələnir.
Bu, Nəqliyyatı İntelektual İdarəetmə mərkəzinin paylaşdığı videogörüntülərdə də öz əksini tapıb.
Baş Dövlət Yol Polisi İdarəsindən bildirilib ki, yollarda həyatlarına laqeyd yanaşan bəzi piyadalar hələ də keçidlərdən istifadə etmirlər, nizamlayıcının tələblərinə diqqət yetirmirlər.
Bəs bu il ərazində nə qədər belə qəza baş verib?
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: