AZ

Ölümcül göbələk infeksiyası bütün Avropaya yayıla bilər

İqlim dəyişikliyi səbəbiylə ölümcül göbələk Avropaya yayıla bilər.

Demokrat.az
xəbər verir ki, bu barədə Independent məlumat verir.

Mançester Universitetinin tədqiqatçıları ölümcül göbələk infeksiyalarının diapazonunun genişlənməsi barədə xəbərdarlıq edib. Mütəxəssislər bildirib ki, buna səbəb iqlim dəyişikliyi olacaq.

Ən təhlükəli növlərdən biri olan "Aspergillus fumigatus" adlı göbələk infeksiyasının qlobal istiləşmə səbəbindən 2100-cü ilə qədər 77% artacağı proqnozlaşdırılır. 

İnfeksiya təkcə Avropa qitəsində doqquz milyona yaxın insanın sağlamlığı üçün təhlükə yaradacaq. Bu mikroorqanizmlər xroniki ağciyər xəstəlikləri, immun çatışmazlığı olan insanlar üçün xüsusi təhlükə yaradır.


Əfsanə Kamal
Demokrat.az
Seçilən
0
1
demokrat.az

2Mənbələr