Hindistanın Reşikeş şəhərində öküz skuteri qaçırıb.
News24.az medianews.az-a istinadən xəbər verir ki, hadisə videoya düşüb.
Kadrlarda öküzün skuterə yaxınlaşaraq dırnaqlarını onun üzərinə qoyması görünür. Yürüş skuterin divara dəyməsi ilə başa çatıb.
Məlumata görə, hadisəyə öküzün skuteri inəklə səhv salması səbəb olub.