Havalar isinən kimi, pivə əksər insanların yaxın dostuna çevrilir.
Maraqlıdır, pivənin nə kimi ziyanı və xeyri var?
Hit.az-a xəbər verir ki, normadan artıq pivə istehlak ediləndə bunun zərərləri çox olur.
Pivədəki yüksək kalorili tərkib və şəkərli maddələr bədəndə yağ toplanmasına səbəb olur.
Davamlı alkoqol istifadəsi qaraciyərin yağlanmasına və zamanla siroz kimi ciddi xəstəliklərə yol aça bilər.
Pivə bəzən sakitləşdirici təsir göstərsə də, uzunmüddətli istifadədə yuxu rejimini pozur və depressiyaya səbəb ola bilər.
Ancaq pivənin bir sıra faydalı cəhətləri də var.
Belə ki, pivələrdə olan antioksidantlar hüceyrələri qoruyur və bədənin yaşlanma prosesini yavaşlada bilər.
Həmçinin, pivə mayası B qrupu vitaminləri, xüsusən də B12, fol turşusu və niasinlə zəngindir.
Eyni zamanda, maqnezium və kalium kimi minerallar da orqanizm üçün faydalıdır.
Sevinc