AZ

Binədə evlərə elektrik sayğaci quraşdirilib, işiq isə verilmirVİDEO

Sayğaclar quraşdırılsa da, evlərə elektrik enerjisi verilmir.

"Xəzər Xəbər"ə müraciət edən paytaxtın Xəzər rayonu, Binə qəsəbəsi 123-124-cü küçələrinin sakinləri belə deyirlər.

Onların sözlərinə görə, bəzi evlərə isə sayğac quraşdırılması ilə bağlı ümumiyyətlə imtina cavabı alıblar.

Vətəndaşlar məsələ ilə bağlı dəfələrlə aidiyyəti quruma müraciət etdiklərini deyirlər.

Məsələ ilə bağlı "Azərişıq" ASC-dən "Xəzər Xəbər"ə bildirildi ki, həmin ərazidəki evlərin əksəriyyəti sənədsizdir. Sənədlərini qaydasına salıb "ASAN Komunal"a müraciət etsələr, ən qısa vaxtda sayğacla və elektrik enerjisi ilə təmin olunacaqlar.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Seçilən
0
1
xezerxeber.az

2Mənbələr