Çində insan beyninə malik kiborq yaradılıb.
İnterpress.az xəbər verir ki, bu barədə Çin mediası məlumat yayıb. Bildirilir ki, Çin alimləri beyin böyüdüb və ona robotu idarə etməyi öyrədiblər.
Hibrid adi süni intellektdən daha sürətli öyrənir, daha az məlumat və enerji tələb edir.
Həmçinin klassik neyron şəbəkələrində hələ də çatışmayan intuisiya və yaradıcılıq qabiliyyətinə malikdir.
İnsanın kök hüceyrələrindən yetişdirilən mini beyinə serebroid deyilir.
Onlar öz yaradıcılıqlarını videoda nümayiş etdiriblər.
Xuraman Etibarlı
İnterpress.az