Macarıstanın baş naziri Viktor Orban parlamentdə çıxışı zamanı bildirib ki, onun bəyanatlarını birbaşa təhdid kimi qiymətləndirdiyi üçün Ukrayna prezidenti Volodimir Zelenski ilə açıq münaqişəyə girməyə məcbur olub.
Qaziler.az xəbər verir ki, bu barədə Orban Macarıstan Parlamentinin “YouTube” kanalında canlı yayım zamanı deyib.
Macarıstan lideri vurğulayıb ki, Budapeşt Ukraynanın Avropa İttifaqına daxil olması məsələsində öz mövqeyini müstəqil müəyyənləşdirir.
Orbanın qeyd etdiyi kimi, o, əvvəllər mehriban qonşuluq münasibətlərinin qalıqlarını qorumağa çalışaraq, Zelenski ilə ictimai münaqişələrdən şüurlu şəkildə qaçırdı. Lakin Zelenskinin Macarıstanda Ukrayna məsələsi üzrə referendumun keçirilməsini tənqid edən və Orbanı “təhlükəli hərəkətlərdə” günahlandıran bəyanatlarından sonra vəziyyət dəyişdi.
“Mən bu sözlərdə təhdid eşitdim. Beynəlxalq siyasətdə bu cür bəyanatları ancaq ciddi təhlükə kimi şərh etmək olar. Macarları isə təhdid etmək olmaz və bizim buna dözmək fikrimiz yoxdur”, - Orban deyib.
QAZİLER.AZ