La Liqanın 34-cü turunda “Real” “Selta”ya 3:2 hesabı ilə qalib gəlib.
Publika.az xəbər verir ki, matçdan sonra Madrid klubunun prezidenti Florentino Peres türkiyəli yarımmüdafiəçi Arda Gülərin ünvanına xoş sözlər səsləndirib. “Səni 100 milyon avroya belə satmayacağam”, – deyə ispaniyalı funksioner bildirib.
Gülər ”Selta” ilə oyunda baxımlı qol vurub və məhsuldar ötürmə edib.