Ukraynadan olan qaçqınlar üçün Finlandiyadakı Saarijarvi peşə kollecində taxtaçı ixtisası üzrə təhsil proqramı hazırlanmışdır.
Bu barədə Yle teleradio şirkəti məlumat yayıb.
Nəşr müəllim Paivi Kaipomakidən sitat gətirir: “Biz ukraynalı tələbələrin həm təcrübə, həm də Finlandiya meşə təsərrüfatı üzrə əsas biliklər əldə etmələrini və işə götürülənlərin praktiki işlərin öhdəsindən daha yaxşı gəlmələrini təmin etmək məqsədi daşıyırıq”.
Bildirilir ki, proqram hələlik eksperimental xarakter daşıyır və həmçinin ukraynalı işçilərə əməyin və əməyin təhlükəsizliyinin hüquqi aspektləri üzrə təlim keçməyi nəzərdə tutur.