AZ

Xarici işlər nazirinin müavini Boqdanov İsveçrə səfiri ilə Suriyadakı vəziyyəti müzakirə edib

Rusiya xarici işlər nazirinin müavini Mixail Boqdanov İsveçrənin Moskvadakı səfiri Kristina Marti Lanqla görüşüb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə məlumat Rusiya Xarici İşlər Nazirliyinin saytında yer alıb.

“Söhbət zamanı Suriya ətrafında və Fələstin-İsrail münaqişəsi zonasında vəziyyətin inkişafı vurğulanmaqla, Yaxın Şərq problemlərinə dair ətraflı fikir mübadiləsi aparılıb”, – məlumatda deyilir.

Dialoqun İsveçrə tərəfinin xahişi ilə baş tutduğu qeyd edilir.

Seçilən
0
nocomment.az

1Mənbələr